Azərbaycan çempionatına start verildi

ESTAFET/ Qadın şahmatçılar arasında Azərbaycan çempionatına start verilib. Yarışda ötən il 18 yaşlı şahmatçılar arasında dünya çempionatının qalibi olan Ayan Allahverdiyeva o cümlədən beynəlxalq usta Səbinə İbrahimova da mübarizə aparır.

Ümumilikdə 15 şahmatçının iştirak etdiyi yarışın reytinq favoriti Xəyalə Abdulladır.

Çempionatın mükafat fondu 15 min manat təşkil edir. Yarışın qalibi olacaq şahmatçı 6000 manat əldə edəcək. İlk iki yeri tutacaq şahmatçılar şəxsi Avropa çempionatına ezam olunacaq.

Çempionatın baş hakimi İnara Topçiyevadı. 7 turdan ibarət Azərbaycan çempionatına fevralın 17-də yekun vurulacaq.

Müəllif: Natiq NƏSİROV