Azərbaycanda "İronwind Qış Aquatlon" yarışı keçirildi
Azərbaycan Triatlon Federasiyası və Triterra Baku triatlon klubunun təşkilatçılığı ilə fevralın 24-ü Su İdman Sarayında “İronwind Qış Aquatlon” yarışı keçirildi. Hər zaman uşaq idmanına böyük qayğı və diqqət göstərən federasiyamız İronwind yarışında da uşaqların iştirakını təmin etdi. Elə bu səbəbdən öncə aşağı yaş qrupları güclərini sınadılar.
Turnirin davamında 18 yaşdan yuxarı iştirakçılar 1500 m üzüb, 10 km qaçdılar.
Yarışda 24-ü uşaq olmaqla, ümumilikdə 70 idmançı iştirak etdi.
Mükafatları qaliblərə Azərbaycan Triatlon Federasiyasının (ATF) prezidenti Fərid Fərhadzadə, ATF-nin baş katibi Seymur Hüseynov, Triterra Baku triatlon klubunun təsisçisi və ATF-nin vitse prezidenti Rüfət Həsənov, Su idman Sarayının direktoru Zaur Yaqubov və Triterra Baku triatlon klubunun baş məşqçisi Aleksandr Mordasov təqdim etdilər.
Qaliblərə medallar və sertifikatlar verildi.
Mütləq kateqoriyasının qalibləri:
Qadınlarda:
1. Yulyana Bataşova
2. Milanə Xəlilova
3. Fatimə Alkərəmova
Kişilərdə:
1. Roman Qlavatskiy
2. Elçin Bəkirov
3. Vitaliy Yakovlev