Soydaşımız beynəlxalq şahmat turnirində birincilik qazanıb

Serbiyanın Belqrad şəhərində keçirilən “Radniçki” (“Radnickichess”) beynəlxalq şahmat turnirində Trinidad və Tobaqo Respublikası bayrağı altında çıxış edən soydaşımız Alan-Səfər Ramoutar da 1-ci yeri tutub.

9 raunddan ibarət olan və 10 şahmatçının birincilik uğrunda mübarizə apardığı bu turnirdə şahmat üzrə Beynəlxalq Usta (İnternational Master) titullu Alan-Səfər, hətta Qrossmeyster (Grandmaster) titullu rəqiblərinə də qalib gəlib.

Şahmatçımızın 24 may – 2 iyun tarixlərində Kolumbiyada keçiriləcək Amerika qitəsinin bütün şahmat federasiyalarının iştirakı nəzərdə tutulan “2024-cü il Amerika Qitəsi Şahmat Çempionatı”nda da iştirakı planlaşdırılır.

Müəllif: Bəhruz MƏMMƏDOV