Yarımfinal mərhələsinin daha bir oyunu keçirildi

ESTAFET/ Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

“Murov Az Terminal” və “Neftçi” komandalarının üz-üzə gəldiyi matçda birincilər 3:0 (27:25, 25:19, 25:18) hesablı qələbəyə seviniblər.

Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.

Komandalar arasında cavab matçı aprelin 18-də baş tutacaq.

Yarımfinal mərhələsinin digər oyununda “Azərreyl” MOİK-ə qalib gəlib – 3:0.

Müəllif: Bəhruz MƏMMƏDOV