"Növbəti hədəfim Paris Paralimpiadasıdır" Səid Nəcəfzadə

Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında uzunluğa tullanma üzrə yarışda qızıl medal qazanan idmançımızın fikirlərini diqqətinizə çatdırırıq:

"Bu yarış mənim üçün çox yaxşı keçdi. Çox sevincliyəm. Şəxsi rekordumu yenilədim. Paralimpiya Oyunlarından əvvəl dünya çempionu olmaq yaxşı hissdir. Növbəti hədəfim Paris Paralimpiadasında yaxşı çıxış etməkdir".

Müəllif: Bəhruz MƏMMƏDOV