ZABİT SƏMƏDOVDAN NÖVBƏTİ QƏLƏBƏ - VİDEO

ESTAFET/ Azərbaycanın məşhur döyüşçüsü Zabit Səmədov Çeçenistan Respublikasının paytaxtı Qroznıda hollandiyalı Errol Tsimmermanla döyüşə çıxıb. Çeçenistanın 1-ci prezidenti Əhməd Kadırovun xatirəsinə həsr edilmiş turnir çərçivəsində baş tutan bu döyüşdə hakimlər qələbəni Zabitə veriblər.
Xatırladaq ki, bu döyüş bir növ Zabit üçün revanş xarakteri daşıyırdı. Belə ki, 2008-ci ildə Avropa Qran-prisinin finalı döyüşündə hakimlər qələbəni Tsimmermana vermişdilər.