GƏNCLƏR YIĞMAMIZIN AÇ-NİN İLK OYUNU ÜÇÜN HEYƏTİ

ESTAFET/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində avqustun 31-də ilk oyununu keçirəcək. Yığmamız səfərdə İsrail komandası ilə qarşılaşacaq. Bu oyuna hazırlıq məqsədilə avqustun 27-dən etibarən təlim-məşq toplanışına başlayacaq yığmamıza baş məşqçi Yaşar Vahabzadə aşağıdakı futbolçuları dəvət edib. 

 

Fəhmin Muradbəyli, Elnur Cəfərov (hər ikisi "Neftçi"), Eltun Turabov, Elgün Uluxanov (hər ikisi "Qarabağ"), Xəyal Nəcəfov, Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə (hamısı "Sumqayıt"), Yusif Nəbiyev ("Zirə"), Oleq Hüseynov, Taşkın Sertan, Vüqar Həsənov, Əlibəy Məmmədli (hamısı "İnter"), Qismət Alıyev ("Qəbələ"), İlkin Sadıqov, İlyas Səfərzadə (hər ikisi "Kəpəz"), Aydın Bayramov (MOİK), Əmirhüseyn Nəcəfi ("Səbail"), Alen Askerov ("Novigrad", Xorvatiya), Onur Albayrak ("Hobro", Danimarka), Ozan Can Kokcu ("Bursaspor", Türkiyə), Serkan Baloğlu ("Ştutqart", Almaniya), Mustafa Özhitay ("Ulm 1846", Almaniya).