“Turan Tovuz” klubu daha iki futbolçu ilə müqaviləni uzadıb

Transfer çalışmalarını davam etdirən “Turan Tovuz” komandası daha iki futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, nigeriyalı hücumçu Oto Con və müdafiəçi Sadiq Quliyev 2024-2025-ci illər mövsümündə də bölgə təmsilçisinin şərəfini qoruyacaqlar.

Qeyd edək ki, “Turan Tovuz” daha əvvəl Aleks Souza və Ayxan Hüseynovla 2, Şəhriyar Əliyevlə “1+1”, Emmanuel Hakman və Alexandro Serrano ilə 1 illik sözləşmə imzalayıb.

Müəllif: Bəhruz MƏMMƏDOV