“Səbail” futbolçusu ilə müqaviləni uzadıb

“Səbail” futbolçusu Cabir Əmirli ilə müqaviləni uzadıb.

Klubdan verilən məlumata görə, 27 yaşlı futbolçu daha 1 il “dənizçilər”in formasını geyinəcək.

Qeyd edək ki, Cabir Əmirli ötən mövsüm “Səbail”in heyətində Azərbaycan Premyer Liqasının 14 oyununda meydana çıxıb.

Müəllif: Bəhruz MƏMMƏDOV