Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatının açılış mərasimi baş tutub

24 avqust tarixində keçirilən açılışda gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev çıxış ediblər.

Daha sonra çempionat açıq elan edilib. Kişi və qadın idmançılar üç kateqoriya üzrə yarışıblar: 16 yaşına qədər yeniyetmələr (30 metr məsafə), 16-18 yaşlı gənclər (60 metr məsafə) və böyüklər (70 metr məsafə).

Qeyd edək ki, sabah Kamandan #Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatına yekun vurulacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV