"AZERRAIL" Klubu Çimərlik Voleybolu üzrə 1/4 Finala Yüksəldi
Çimərlik voleybolu üzrə klublararası “Avropa Kuboku”nda (Beach Volley European Cup) mübarizə aparan “AZERRAIL” klubunun qadın və kişi komandaları qrup mərhələsini lider olaraq başa vurublar.
Qrup mərhələsində bütün rəqiblərinə qalib gələn “AZERRAIL” klubunun qadın və kişi komandaları yarışın 1/4 finalına yüksəliblər. Fransanın Montpellier şəhərində təşkil olunan yarışın 1/4 final mərhələsinin oyunları oktyabrın 12-də keçiriləcək. Qrup mərhələsinin oyunları başa çatdıqdan sonra komandalarımızın rəqibləri bəlli olacaq.
11 oktyabr
Oyunların nəticələri
(Qadınlar)
“AZERRAIL” - “BVC Ludus” (SLO) 2:0 (21:18; 21:13)
“AZERRAIL” - “BVC Ludus” (SLO)2:0 (21:16; 21:19)
(Kişilər)
“AZERRAIL” - “BVC Ludus” (SLO) 2:0 (21:17; 21:17)
“AZERRAIL” - “BVC Ludus” (SLO) 2:0 (21:16; 21:08)
Komandalarımızı təbrik edir və qarşıdakı oyunlarda onlara uğurlar arzulayırıq