Azərbaycan daha iki boksçusu dünya birinciliyinə qələbə ilə start verib

Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir. Mundialın dördüncü günündə Azərbaycan millisinin 2 idmançısı çıxışını qələbə ilə başa vurub.

Tağı Nəsibov (57 kq) debütdə Peter Benedeklə (Macarıstan) qarşılaşıb. 1/16 finalda çərçivəsində baş tutan görüşdə hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 4:1 (28:29, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. O, növbəti mərhələdə Matas Qriqorianasla (Litva) döyüşəcək.

Məhəmmədəli Qasımzadə (60 kq) də dünya birinciliyində ilk qələbəsini qazanıb. Boksçumuz 1/16 finalda Luis Peres Berrionu (Kolumbiya) 5:0 (30:27, 30:26, 30:26, 30:27, 30:25) hesabı ilə məğlub edib. O, ikinci görüşünü Armin Santos Mancillaya (Meksika) qarşı keçirəcək.

Qeyd edək ki, dünya birinciliyinə noyabrın 3-də yekun vurulacaq.

Müəllif: Natiq NƏSİROV