AAF rəsmisi bürünc səviyyəli hakim sertifikatı aldı

ESTAFET/ Azərbaycan Atletika Federasiyasının (AAF) Qaçış Hər Kəs üçün Komitəsinin sədri Namiq Əsədov idman yerişi üzrə beynəlxalq səviyyəli hakim adını almaq üçün imtahanı uğurla keçib.

Bu barədə AAF-nin mətbuat xidməti məlumat yayıb.

O, Dünya Atletikası (World Athletics) tərəfindən beynəlxalq bürünc səviyyəli hakim sertifikatı ilə təltif edilib.

Müəllif: Natiq NƏSİROV