Basketbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsi yekunlaşıb

29 yanvar basketbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin son oyunları baş tutub.
Günün ilk oyununda "Gəncə" yerli publika önündə 81-62 hesabı ilə "Ordu" üzərində asan qələbə qazanıb və 1/4 finalda "Sərhədçi" klubunun rəqibi olub. Kubokun son 1/8 final oyunu isə Sumqayıt Olimpiya İdman Kompleksində "Sumqayıt" və "Neftçi" klubları arasında keçirilib. "Neftçi" 103-90 hesablı qələbə qazanıb və 1/4 finalda "Sabah"a rəqib olub.
Qeyd edək ki, 1/4 finalın bütün görüşləri mart ayında Bakı şəhərində oynanılacaq
