Kişi voleybolçuların Azərbaycan çempionatında IX turun növbəti oyunları keçirilib

Bu gün Yüksək Liqada turun daha iki qarşılaşması baş tutub. İlk olaraq Sumqayıt OİK-də “Neftçi” komandası “Gənclər”in qonağı olub. Görüş “Neftçi”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun son qarşılaşmasında isə FHN-nin idman zalında “Xilasedici” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. Gərgin keçən oyunda “Xilasedici” rəqibini 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları fevralın 12-də və 13-də keçiriləcək.

Oyunların nəticələri
Yüksək Liqa
IX tur
6 fevral

“Gənclər” - “Neftçi” 0:3 (21:25, 16:25, 19:25)

“Xilasedici” - “Murov Az Terminal” 3:1 (25:23, 19:25, 25:20, 25:20)

Müəllif: Bəhruz MƏMMƏDOV