“Çelsi” yeni qapıçı satın almaq fikrindən daşındı

ESTAFET/ “Çelsi” qarşıdakı yay transfer pəncərəsində yeni qapıçının satın alınması haqda fikrindən daşınıb.

Klub rəhbərliyi hesab edir ki, “zadəganlar”ın heyətindəki qapıçılar sağlam idman rəqabəti aparmaq üçün kifayət qədər yüksək səviyyəlidirlər.

Xatırladaq ki, hazırda London klubunun heyətində dörd qapıçı var: Robert Sançes, Filip Yörgensen, Corce Petroviç və Mayk Penders.

Müəllif: Orxan NOVRUZOV