Formula-1 Qatar Airways Azərbaycan Qran-prisi 2025 üçün paddokun tikintisi başladı

Formula-1 Qatar Airways Azərbaycan Qran-prisi 2025-ə hazırlıqlar çərçivəsində paddokun yenidən qurulmasına başlanıb. Paddok hər zamankı kimi Neftçilər prospekti, Hökümət Evinin qarşısında quraşdırılır.

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti piyadaların və sürücülərin ehtiyatlı olmalarını xahiş edir, şəhər sakinlərinə göstərdikləri anlayışa görə təşəkkürünü bildirir.

Xatırladaq ki, “Formula-1” “Qatar Airways” Azərbaycan Qran-prisi bu il 19-21 sentyabr tarixlərində baş tutmaqla Bakıya yenidən möhtəşəm yarış həyəcanı qatacaq

Müəllif: Natiq NƏSİROV