Azərbaycan şahmatçısı dünya çempionatında gümüş medal qazandı

Monteneqroda təşkil edilən 20 yaşlılar arasında şahmat üzrə dünya çempionatı sona çatıb. Bu gün çempionatda 11-ci turun oyunları keçirilib.
Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva 11-ci turda Özbəkistan təmsilçisi Afruza Xamdamovayla heç-heçə oynayıb. Bununla xalını 8-ə çatdıran Ayan Allahverdiyeva dünya çempionatının gümüş medalına layiq görülüb.
Qeyd edək ki, dünya çempionatında 50 ölkədən 200-dən çox şahmatçı mübarizə aparıb.
