Azərbaycan futzal millisi "Avro-2026"nın əsas mərhələsində Yunanıstana məğlub oldu

Futzal üzrə Azərbaycan milli komandası "Avro-2026"nın əsas mərhələsində növbəti oyununu keçirib.

Beşinci qrupda yer alan Vitali Borisovun rəhbərlik etdiyi kollektiv səfərdə Yunanıstanın qonağı olub. Afinada yerləşən DAIS İdman Arenasında təşkil olunan görüş ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanı Bolqarıstandan olan hakimlər briqadası idarə edib.

Qeyd edək ki, komandalar arasında Bakıda təşkil olunan ilk matç 2:2 hesablı heç-heçə ilə başa çatmışdı.

Azərbaycan millisi qarşıdakı oyunlarda qələbə qazanaraq turnirdə mövqeyini möhkəmləndirməyi hədəfləyir.

Müəllif: Bəhruz MƏMMƏDOV