Stefano Domenikalinin Formula 1-lə müqaviləsi 5 il uzadıldı

Formula 1-in prezidenti və baş direktoru Stefano Domenikalinin müqaviləsi daha 5 il uzadılıb.
İtaliyalı funksioner 2021-ci ilin yanvar ayından etibarən Formula 1-ə rəhbərlik edir və bu vəzifəni 2029-cu ilədək icra edəcək.
Qeyd edək ki, Formula 1-in yeni mövsümünün açılış mərhələsi bu gün Avstraliyada start götürüb.
