Qadın voleybolçular arasında Yüksək Liqada XVI turun oyunları keçirilib

Bu gün GİN-nin Voleybol Mərkəzində ilk olaraq “Abşeron” və “Gəncə” komandaları qarşılaşıblar. 4 set davam edən matçda “Abşeron” 3:1 hesabı ilə qalib gəlib.

Eyni məkanda baş tutan ikinci oyunda “Milli Aviasiya Akademiyasi” klubu “AZERRAIL”i 3:2 hesabı ilə məğlub edib.

UNEC VK-nın idman zalında təşkil olunan görüşdə isə “Murov Az Terminal” klubu UNEC üzərində 3:0 hesabı ilə qələbə qazanıb.

Oyunların nəticəsi

Yüksək Liqa
18 mart
XVI tur

UNEC - “Murov Az Terminal” 0:3 (15:25, 15:25, 16:25)

“Abşeron” - “Gəncə” 3:1 (25:18, 23:25, 25:19, 25:21)

“AZERRAIL” - “Milli Aviasiya Akademiyası” 2:3 (25:19, 21:25, 25:21, 15:25, 7:15)

Müəllif: Bəhruz MƏMMƏDOV