Lyuis Hemilton “Ferrari”dəki gərginliyə aydınlıq gətirdi

Formula-1 üzrə “Ferrari” komandasının pilotu Lyuis Hemilton mühəndisi Rikkardo Adamla arasındakı gərginlik barədə açıqlama verib.
Britaniyalı sürücü yarış zamanı həddindən artıq informasiya almağı xoşlamadığını bildirib:
"Rikkardo həqiqətən yüksək səviyyədə iş görür. Amma mən yarış zamanı çoxsaylı məlumat almağı sevmirəm. Əgər mənə nəsə lazımdırsa, özüm müraciət edirəm. Adam hər şey edir ki, biz irəliyə gedək", – deyə Hemilton vurğulayıb.
Xatırladaq ki, Avstraliya Qran-prisində yarış zamanı mühəndisin radio vasitəsilə verdiyi göstərişlər Hemiltonu narahat edib. Britaniyalı sürücü həmin an ona mane olunmamasını istəyib.
Qeyd edək ki, bu mövsüm "Ferrari" ilə debüt edən Hemilton üçün ilk yarış uğursuz alınıb. O, Avstraliya Qran-prisində 10-cu yeri tutub.
