M.Ferstappen: Dördüncü komandayıq

Red Bull komandasının sürücüsü Maks Ferstappen düşünür ki, Avstriya təmsilçisi Çindəki çətin sprint yarışı və sıralanma turundan sonra ən sürətli dördüncü komanda olub.
Niderlandlı sürücü şənbə günü keçirilən 19 dövrəlik sprint yarışında Ferrari pilotu Lyuis Həmiltona çatmaqda çətinlik çəkib və yarışın sonlarında Oskar Piastriyə keçilərək üçüncü olub.
Dördqat Dünya Çempionu cəmi bir neçə saatdan sonra təsnifat mərhələsində dördüncü, komanda yoldaşı Liam Louson isə sonuncu yeri tutub.
Red Bull-un hazırda Formula 1-də dördüncü ən sürətli komandası olub-olmaması ilə bağlı suala Maks Ferstappen belə cavab verib: “Hazırda özümü belə hiss edirəm. Təsnifat mərhələsində özümü avtomobildə həqiqətən yaxşı və rahat hiss edirdim. Buna görə də mən bundan ən yaxşısını etdim, lakin bolid çox yavaşdır. Keçən il burada da ön təkərlər çox yeyilirdi aşınması, amma indi daha da pisdir.
McLaren və digər komandalarla müqayisədə çox yaxşı vəziyyətdə olmadığımız aydındır.
Hal-hazırda podium barədə düşünmək belə istəmirəm. Arxamda başlayan Ferrari-lər sprintdə daha sürətli görünürdülər. Sprintdə təkərimizin yeyilməsi sərbəst yürüşlərə nisbətən daha yaxşı idi, lakin yenə də kifayət qədər yaxşı deyildi. İndi tam yarış məsafəsindən danışırsınızsa, bu bizim bir qədər geri qalacağımız deməkdir. Mənim əlimdən heç nə gəlmir, çünki nəsə etsəm, daha da geridə qalacağam.
Biz təsnifat mərhələsində bir neçə şeyi dəyişdik, lakin bunun böyük fərq yaradacağını düşünmürəm. Düşünürəm ki, aramızdakı fərq keçən ilkindən daha böyükdür”.
Kokpit.az
