Kişi voleybolçular arasında Yüksək Liqada XVI turun oyunları keçirilib

Bu gün XVI tur çərçivəsində FHN-nin idman zalında “Xilasedici” komandası “Gənclər”i qəbul edib. Oyun ev sahibinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər oyunları isə GİN -nin Voleybol Mərkəzində keçirilib. Burada “Murov Az Terminal” 3:0 hesabı ilə MOİK komandasını, “AZERRAIL” isə 3:1 hesabı ilə “Neftçi” klubunu məğlub edib.
Oyunların nəticələri
Yüksək Liqa
19 mart
XVI tur
“Xilasedici” - “Gənclər” 3:0 (25:17, 25:22, 25:18)
MOİK - “Murov Az Terminal” 0:3 (20:25, 17:25, 24:26)
“AZERRAIL” - “Neftçi” 3:1 (25:19, 25:19, 23:25, 26:24)
