Oskar Piastri Çin Qran-prisinin qalibi oldu

"McLaren" komandasının avstraliyalı pilotu Oskar Piastri, "Formula 1" üzrə Çin Qran-prisində qalib gəlib.
Yarış Şanxayda baş tutub və Piastrinin komanda yoldaşı, britaniyalı Lando Norris ikinci yeri tutub. İlk "üçlüyü" "Mercedes" komandasının britaniyalı pilotu Corc Rassel tamamlayıb. Fernando Alonso ("Aston Martin") isə əyləc nasazlığı səbəbindən yarışı erkən dayandırıb.
Bu, Piastrinin "Formula 1"-də üçüncü qələbəsidir. O, ötən mövsüm Macarıstan və Azərbaycanda keçirilən Qran-prilərdə də qalib olmuşdu.
Qran-prinin növbəti mərhələsi 4-6 aprel tarixlərində Yaponiyada keçiriləcək.
