Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

28 mart  Bakı İdman Sarayında basketbol üzrə Azərbaycan Kubokunda yarımfinal oyunları baş tutub.

Günün birinci yarımfinal oyununda NTD klubu 86-83 hesabı ilə "Neftçi"yə qalib gələrək ilk finalçı olub. İkinci yarımfinal görüşündə isə region təmsilçiləri üz-üzə gəliblər. Oyuna fəal başlayan "Gəncə" basketbolçuları 86-80 hesabı ilə "Naxçıvan" üzərində qələbə qazanaraq ikinci yarımfinalçı olublar.

Qeyd edək ki, NTD-"Gəncə" final oyunu 30 mart Bakı İdman Sarayında keçiriləcək.

Müəllif: Məsim MƏSİMZADƏ