TAEKVONDOÇULAR NÖVBƏTİ QARN-PRİDƏ DÖYÜŞƏCƏKLƏR
ESTAFET/ Mərakeşin paytaxtı Rabat şəhərində taekvondo üzrə Qran-Pri turniri keçiriləcək. Avqust ayında Moskva şəhərində startı verilən seriynın ikinci mərhələsi 22-24 sentyabr tarixlərində baş tutacaq. G4 kateqoriyalı nüfuzlu yarışda böyüklərdən ibarət yığma komandamızın 8 üzvü - Qaşım Maqomedov (58 kq), Məhəmməd Məmmədov, Ayxan Tağızadə (hər ikisi 68 kq), Milad Beiqi Harçeqani (80 kq), Ramin Əzizov, Radik İsayev (+80 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizovaya (67 kq) iştirak edəcək.
Qeyd edək ki, qalib idmançı aktivinə 40, ikinci yer 24, üçüncü yerə sahib olan isə 14.4 reytinq xalı əlavə etmiş olacaq. Qran-Pri turnirin sonrakı mərhələsi Böyük Britanıyanın paytaxtı London şəhərində, final mərhələsi isə Fildişi Sahilinin paytaxtı Əbicanda təşkil ediləcək.