Ostravada “butterfly” növündə iki medal

Çexiyanın Ostrava şəhərində keçirilən 32-ci Ostrava Qran-Prisi çərçivəsində keçirilən növbəti yarışlarda Azərbaycan üzgüçüləri yenidən medal qazandılar.

200 metr məsafəyə “butterfly” (qurbağa) üsulu ilə üzmə yarışında:

Ramil Vəlizadə 02:02.65 nəticə ilə gümüş medal

Əbdürrəhman Rüstəmov 02:05.91 nəticə ilə bürünc medal əldə edib.

Qeyd edək ki, bu nəticələrlə Azərbaycan üzgüçüləri Qran-Pri çərçivəsində qazandıqları medalların sayını artırırlar. Daha öncə Fatimə Alkərəmova, Süleyman İsmayılzadə və Oqtay Hüseynov da müxtəlif üslub və məsafələr üzrə medal qazanmışdılar.

Yarışda çıxışlar davam edir.

Müəllif: Bəhruz MƏMMƏDOV