Tallində keçirilən Klublararası Avropa çempionatında taekvondoçularımızdan uğurlu çıxış

Aprelin 12-13-də Estoniyanın Tallin şəhərində keçirilən Klublararası Avropa çempionatı taekvondoçularımızın uğurlu çıxışları ilə yadda qalıb. Yarışda ölkəmizi “Altay” TK, “Atlet” TK və Mübariz taekvondo klublarının üzvləri təmsil ediblər.  

Kiçikyaşlı yeniyetmələr arasında keçirilən yarışlarda idmançılarımızdan Fateh Sultanlı (40 kq), Cahid İsmayılzadə (52 kq), Fərid Məlikli (24 kq) qızıl, Fərhad Məlikli (24 kq) gümüş, Əkbər Tağıyev (27 kq), Əjdər Qalabəyov (36 kq) bürünc medallara layiq görülüblər.

“Altay” taekvondo klubunun təmsilçiləri ümumi hesabda iki qızıl medalla II pillədə qərarlaşaraq kuboka layiq görülüblər.

Müəllif: Bəhruz MƏMMƏDOV