“AZERRAIL” kişilər arasında final seriyasına qələbə ilə start verdi

Bu gün kişi voleybolçuların Yüksək Liqasında final mərhələsinə start verilib.
GİN-in Voleybol Mərkəzində “AZERRAIL” və “Murov Az Terminal” komandaları ilk final matçına çıxıblar. Oyun “AZERRAIL”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Kişi voleybolçuların ikinci final oyunu aprelin 25-də Milli Gimnastika Arenasında keçiriləcək.
Qeyd edək ki, reqlamentə görə qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), Qızıl set oynanılacaq.
Yüksək Liqa
Final
Birinci oyun
"AZERRAIL" - "Murov Az Terminal" 3:0 (25:19, 25:17, 25:18)
İkinci oyun
25 aprel
15:00. “Murov Az Terminal” - “AZERRAIL”
Mükafatlandırma mərasimi
Ünvan: Milli Gimnastika Arenası
