Yuki Tsunoda Emiliya-Romanya Qran-prisinə pit yolundan start verəcək

“Formula 1” üzrə Emiliya-Romanya Qran-prisinin sıralama turunda baş verən qəza səbəbindən “Visa Cash App RB” komandasının yaponiyalı pilotu Yuki Tsunoda bugünkü əsas yarışa pit yolundan başlayacaq.
Yuki Tsunoda sıralama turunda idarəetməni itirərək bolidi bariyerlərə çırpıb. Sürücü hadisə yerini özü tərk edib və profilaktik yoxlama üçün tibbi mərkəzə aparılıb. Tsunoda hər hansı xəsarət almasa da, bolidə ciddi texniki ziyan dəyib və bir sıra hissələr yenidən yığılıb. Texniki dəyişikliklərə görə FIA qaydalarına əsasən, sürücü yarışa pit yolundan start verəcək.
Tsunodanın komanda yoldaşı, “Red Bull Racing” pilotu Maks Ferstappen isə yarışa ikinci mövqedən başlayacaq.
Qeyd edək ki, Emiliya-Romanya Qran-prisinin əsas mərhələsi bu gün, 18 may tarixində İmola şəhərində keçiriləcək.
