Azərbaycan millisi Avropa Qızıl Liqasına məğlubiyyətlə başladı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqasında mübarizəyə başlayıb. Komandamız bu gün Bakıda 1-ci tur çərçivəsində Macarıstan yığması ilə qarşılaşıb. Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandamız növbəti oyununu iyunun 1-də Sloveniyaya qarşı keçirəcək. Sabah isə Sloveniya və Macarıstan kollektivləri üz-üzə gələcəklər.

Oyunun nəticəsi
30 may

Macarıstan - Azərbaycan 3:0 (25:13, 25:22, 25:20)

Müəllif: Bəhruz MƏMMƏDOV