Avropa arenasında səylə sərgilənən performanslar

26-31 may tarixlərində Almaniyanın Leypsiq şəhərində kişi və qadın idman gimnastikası üzrə Avropa çempionatı keçirilib. Bu mötəbər yarışda ölkəmizi həm qadın, həm də kişi idman gimnastları təmsil ediblər.

Kişilər arasında milli komandamızın heyətində Nikita Simonov, İvan Tixonov, Rəsul Əhmədzadə, Mənsum Səfərov və Murad Ağarzayev çıxış edib.
Nikita Simonov sevimli aləti halqalarda 14.333 xalla dördüncü yerin sahibi olub.
Qadınlar arasında isə ölkəmizi Dəniz Əliyeva təmsil edib.

İdmançılarımız turnirdə yüksək səviyyədə çıxış etməyə çalışsalar da, təəssüf ki, bu dəfə nailiyyət əldə edə bilməyiblər.
Gimnastlarımıza qarşıdakı beynəlxalq yarışlarda uğurlar arzulayırıq!

Müəllif: Bəhruz MƏMMƏDOV