U-18 oğlan millimiz təlim-məşq toplanışının ilk mərhələsinə Gürcüstanda start verib

1 iyun tarixindən etibarən U-18 oğlan millimiz Gürcüstanın paytaxtı Tbilisi şəhərində təlim-məşq toplanışının ilk mərhələsinə başlayıb.

Anar Sarıyevin rəhbərlik etdiyi millimizin təlim-məşq toplanışı çərçivəsində yerli komandalarla bir neçə yoldaşlıq oyunu keçirməsi də planlaşdırılır. Hazırlıq prosesində əsas məqsəd 25 iyul - 3 avqust Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatı "B" divizionunun oyunlarına hazırlaşmaqdır.

Qeyd edək ki, təlim-məşq toplanışının ilk mərhələsi 12 iyunda yekunlaşacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV