Zahir Cəfərov xizək tramplinindən tullanma üzrə beynəlxalq debütündə bürünc medal qazandı

İyunun 18-də Azərbaycanın xizəkdə tramplindən tullanma üzrə yeni idmançısı Zahir Cəfərov Rusiya Federasiyasının Nijniy Novgorod şəhərində keçirilmiş "Nijniy Novgorod Çempionatı"nda uğurlu nəticə əldə edib.
Yarışda 50 idmançı arasında mübarizə aparan Zahir Cəfərov üçüncü yerə layiq görülərək bürünc medal qazanıb. Bu nəticə onun beynəlxalq arenada ilk ciddi uğuru kimi qiymətləndirilir.
Xatırladaq ki, xizək tramplinindən tullanma idman növü Azərbaycanda yeni inkişaf etməyə başlayan sahələrdən biridir və Zahir Cəfərov bu istiqamətdə ölkəmizi təmsil edən ilk peşəkar idmançılardandır.
