CÜDOÇULAR 2-Cİ GÜN 2 MEDAL QAZANDILAR

ESTAFET/ Özbəkistanın paytaxtı Daşkənd şəhərində Dünya Turu çərçivəsində keçirilən cüdo üzrə "Qran-Pri" yarışı davam edir. Beynəlxalq turnirin ikinci günü millimiz aktivinə daha iki medal yazdırıb.

 

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Telman Vəliyev və 81 kq çəki dərəcəsində mübarizə aparan Fəqan Quluzadə mötəbər turnirin bürünc medallarına sahib olublar.

 

Xatırladaq ki, yarışın ilk günü Vüqar Şirinli (60 kq) qızıl medal qazanıb.