Oskar Piastri Niderland Qran-Prisinin qalibi oldu

“Formula 1” üzrə Niderland Qran-Prisinin qalibi müəyyənləşib. “McLaren” pilotu Oskar Piastri bütün rəqiblərini qabaqlayaraq qələbə qazanıb.

İkinci yeri “Red Bull”dan Maks Ferstappen, üçüncü pilləni isə “Racing Bulls” komandasının üzvü İsak Hadyar tutub.

Xatırladaq ki, Azərbaycan Qran-Prisi sentyabrın 19–21-də keçiriləcək.

Müəllif: Bəhruz MƏMMƏDOV