U-16 Gürcüstan yığmasına qalib gəldi

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünə çıxıb.
U-16 Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə qolunu 73-cü dəqiqədə Tunar Bayramov vurub.
