Azərbaycan millisi qələbə ilə başladı - III MDB Oyunları

ESTAFET/ 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası III MDB Oyunları çərçivəsində ilk oyununa çıxıb.
A qrupunda yer alan U-16 komandamız Tacikistanın müvafiq yaş qrupundan ibarət komadası ilə qarşılaşıb. Oyun millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, millimiz qrupda növbəti oyununu oktyabrın 1-də Qırğızıstan yığmasına qarşı keçirəcək.
