Rövşən Nəcəf U-16 millimizi təbrik edib

ESTAFET/ AFFA-nın prezidenti Rövşən Nəcəf 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisini Qəbələdə keçirilən III MDB Oyunlarında gümüş mükafat qazanması münasibətilə təbrik edib.
Rövşən Nəcəf bu uğurla bağlı paylaşım edib:
"Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət milli komandası ölkəmizdə keçirilən III MDB Oyunlarında gümüş medal qazanıb. Gənc futbolçularımızı və məşqçilər heyətini ürəkdən təbrik edir, uğurlarının davamlı olmasını arzulayıram. Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır".
Qrupda Tacikistan (1:0) və Qırğızıstan (4:0) yığmaları üzərində qələbə qazanan U-16 final görüşündə Rusiya seçməsinə (2:3) məğlub olub.
