"Ordu" qrupda liderliyini daha da möhkəmlətdi

ESTAFET/ Azərbaycan Basketbol Liqasında 3-cü turun daha bir oyunu keçirilib.

Günün ikinci qarşılaşmasında "Ordu" "Sərhədçi" ilə üz-üzə gəlib.

Görüş "hərbçilər"in qələbəsi ilə bitib - 85:73.

Günün ilk duelində isə "Naxçıvan" "Lənkəran"ı 91:82 hesabı ilə üstələyib.

Tura oktyabrın 19-da yekun vurulacaq.

Müəllif: Natiq NƏSİROV