“Qalatasaray” “Atalanta”nın hücumçusu ilə güclənə bilər

ESTAFET/ “Qalatasaray” “Atalanta”nın 28 yaşlı nigeriyalı hücumçusu Ademola Lukmanın xidmətində maraqlıdır.
Öz növbəsində, İstanbul klubunun 26 yaşlı nigeriyalı hücumçusu Viktor Osimhen həmyerlisini “Qalatasaray”ın düşərgəsinə cəlb etməyə çalışır.
Mümkün keçidin qarşıdakı qış transfer pəncərəsində gerçəkləşə biləcəyi istisna edilmir.

