Jidkova 3 nominasiyada birinci oldu
ESTAFET/ Qadın voleybolçular arasında “Çelenc Cup” turnirinin 1/16 final mərhələsinin cavab matçları çərçivəsində keçirilmiş “Azərreyl” (Azərbaycan) - “Ştiinta” (Rumıniya) görüşünün statistikası açıqlanıb.
Azərbaycan təmsilçisinin 3:0 hesabı ilə qalib gəldiyi, lakin “qızıl set”də uduzaraq 1/8 finala çıxa bilmədiyi görüşün bombardiri Yekatrina Jidkova olub.
“Dəmiryolçular”ın hücumçusu komandasının aktivinə 23 xal əlavə edib. O, ən yaxşı hücumçu nominasiyasında da hamını qabaqlayıb - 18 xal. Topu oyuna ən yaxşı daxil edən də Jidkovadı - 3 xal. Ən yaxşı qəbuledici isə rəqibin üzvü Mixaela Albudur.
Ən yaxşı blokçu da komandamızın voleybolçusu olub. Svitlana Dorsman “Azərreyl”ə 4 blok xalı qazandırıb.
Qeyd edək ki, “Azərreyl” səfərdə keçirilən matçda 1:3 hesabı ilə məğlub olmuşdu.
Mənbə: APASport