Daniil Kvyat "Ferrari"də!
ESTAFET/ "Ferrari"nin mətbuat xidmətinin yaydığı xəbərə görə, komanda rus pilot Daniil Kvyatla müqavilə imzalayıb. Rusiyalı sürücü Skuderiyanın developer sürücüsü seçilib.
Daniil bu mövsüm çempionatın bütün mərhələlərinə komanda ilə birlikdə yollanacaq və komandaya simulyatordakı nəticələr barədə məlumat verəcək. Ehtimal edilir ki, Kvyat testlərdə sükan arxasında da çalışa bilər - amma komanda hələ ki, bu məlumatı təsdiq etməyib.
Xatırladaq ki, 3 ay öncə "Toro Rosso" rus sürücünün xidmətindən imtina etmişdi. Son zamanlaradək isə, onu adı "Williams" komandasında qalan vakant yerə əsas namizəd kimi göstərilirdi. Ancaq gözlənilmədən Kvyat sponsorlarından biri Rusiyanın "Kaspersky Lab" şirkəti olan İtaliya "Ferrari"sində karyerasını davam etdirəcək.