Polinanın 33 xalı komandasına kömək etmədi
ESTAFET/ Qadın voleybolçular arasında CEV Çempionlar Liqasının II tur oyunları davam edir. Milli komandamızın hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Fənərbaxça” da növbəti görüşünü keçirib.
B qrupunda yer alan İstanbul təmsilçisi İtaliya “Novara”sı ilə qarşılaşıb. İstanbulda baş tutan görüşdə meydan sahibləri 2:0 hesabı ilə irəlidə olsalar da, görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 3:2 (24:26, 19:25, 25:22, 25:19, 15:6).
Polina yüksək səviyyədə oynayaraq komandası üçün 33 xal toplayıb. O xallarının 27-ni hücumda, 2-ni “eys”də və 4-nü blokda qazanıb.
2 oyundan sonra “Fənərbaxça” 4 xala turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.