Təmsilçilərimizin hamısı meydanı məğlub tərk etdilər
ESTAFET/ Bu gün qadın voleybolçular arasında Türkiyə çempionatında (Sultanlar Liqası) 13-cü turun oyunlarına yekun vurulub. Bu ölkədə çıxış edən milli üzvlərimiz komandalarının heyətində növbəti oyunlarına çıxıblar və hamısı meydanı məğlub tərk edib.
Təmsilçilərimizin komandalarının və özlərinin fərdi nəticələrini təqdim edirik.
"Xalqbank" - “Fənərbaxça” 3:1 (25:19, 25:18, 17:25, 25:18)
Polina Rəhimovanın ("Fənərbaxça") komandası məğlub olsada, özü 16 xal toplamağı bacarıb.
"Bursa BŞB" - “Seramiksan” 3:1 (25:23, 20:25, 25:15, 25:22)
Odina Bayramova (“Seramiksan”) ötən turda olduğu kimi, bu görüşdə də 15 xal qazanıb.
“Beşiktaş” - "Əczaçıbaşı" 1:3 (25:18, 19:25, 15:25, 13:25)
Marqarita Əzizova (“Beşiktaş”) görüşdə iştirak etdiyi vaxtda 2 xalla kifayətlənib.
“Beylikdüzü” - "Vakıfbank " 1:3 (21:25, 26:24, 17:25, 15:25)
Yana Kulan (“Beylikdüzü”) 23 xalla komandasının ən yaxşısı olub.
Çempionatda 13 turdan sonra 31 xalı olan “Fənərbaxça” 3-cü, 16 xalla “Beşiktaş” 7-ci, 13 xal toplayan “Beylikdüzü” 9-cu, 11 xal toplayan “Seramiksan” isə 10-cu yerdə qərarlaşıblar.