"Fransız legionumuz"dan qələbələr
ESTAFET/ Qadın voleybolçular arasında Fransa çempionatında 13-cü turun oyunları başa çatıb.
Bu ölkədə legioner həyatı yaşayan millimizin üzvləri Anastasiya Qurbanova və Olena Həsənova da komandaları ilə növbəti oyunlarına çıxıblar və meydanı qalib tərk ediblər. Hər iki voleybolçumuz komandalarının qələbələrində mühüm rol oynayıblar.
“Şamalyer - “Venel” 1:3 (25:21, 21:25, 22:25, 18:25)
Qurbanova ("Venel") qarşılaşmada aktivinə 10 xal yazdırıb.
“Le Kann” - "Evrex" 3:0 (25:16, 25:17, 25:17)
Həsənova ("Le Kann") matşda 8 xalla kifayətlənib.
13 turdan sonra “Venel” 22 xalla turnir cədvəlinin 4-cü, “Le Kann” isə 21 xalla 5-ci sırasındadı.