"Fənərbaxça" prinsipial səfərdən məğlub dönür

ESTAFET/ Basketbol üzrə kişilər arasında qitənin ən nüfuzlu klub turniri olan Avroliqada XXI turun oyunlarına yekun vurulub.

İlk oyun günündə 5 qarşılaşma keçirilirdi. Türk klublarından "Anadolu Efes" doğma meydanda İspaniya təmsilçisi "Valensiya"nı qonaq edib və qalib gəlib.  "Fənərbaxça" isə səfərdə əzəli və prinsipal rəqiblərdən olan "Olimpiakos" ilə qarşılaşmadan 15 xallıq məğlubiyyətlə ayrılıb. 

 

Turun maraqlı görüşlərindən biri Moskvada baş tutub. Belə ki, yerli ÇSKA "Real Madrid"i (İspaniya) qəbul edirdi. Gərgin keçən mübarizənin yekununda gülən tərəf ruslar olub.  

 

Avroliqa - 2017/2018 mövsümü
XXI turun oyunları

 

1 fevral 2018

21:00 "Anadolu Efes" (Türkiyə) - "Valensiya" (İspaniya)  82:66

21:00 ÇSKA (Rusiya) - "Real Madrid" (İspaniya)  93:87

22:00 "Barselona" (İspaniya) - "Olimpia Milano" (İtaliya)  81:83

22:00 "Jalgiris" (Litva) - "Makkabi TA" (İsrail)  99:84

23:00 "Olimpiakos" (Yunanıstan) - "Fənərbaxça" (Türkiyə)  95:70

 

2 fevral 2018

21:00 "Ximki" (Rusiya) - "Unikaxa" (İspaniya)  68:66

23:00 "Bamberq" (Almaniya) - "Panatinaikos" (Yunanıstan)  95:74

23:30 "Baskoniya" (İspaniya) - "Srvena Zvezda" (Serbiya)  103:84

 

 

 

Müəllif: Natiq NƏSİROV