"Azəryol" Avrokubokla vidalaşdı

ESTAFET/ Bu gün qadınlardan ibarət Bakının “Azəryol” həndbol klubu Avropa Həndbol Federasiyasının (EHF) Çağırış kuboku turnirində 1/8 final mərhələsinin cavab görüşünə çıxıb. 

 

Qarşılıqlı razılaşmaya əsasən, İsveçin "Kristianstad" komandası ilə hər iki görüşü Bakıda keçirilən bu mərhələnin dünən keçirilən ilk oyununda təmsilçimiz 23:30 hesabı ilə məğlub olmuşdu.

 

Bu günkü qarşılaşmada ev sahibi olaraq meydana çıxan həndbolçularımız təssüf ki yenə məğlubiyyətlə barışmalı olublar - 18:27 və mübarizəni dayandırıblar. 

Müəllif: Natiq NƏSİROV