2-ci yarış günündə 10 medal

ESTAFET/ Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatının ikinci günü komandamızın üzvləri uğurlu çıxış edərək 10 medal qazanıb.

 

Gənclərdən ibarət milli yığma komandanın idmançıları Cavad Ağayev ( 63 kg) və Taleh Süleymanov (73 kq), qızlardan Minayə Əkbərova (44 kq) və Sevda Pirseyidova (49 kq ) yarışın qızıl medalını qazanıblar.
Komandanın digər üzvlərindən Xanoğlan Kərimov (48 kg ), Ayaz Qənbərli (51kq) və Ofeliya Allahverdiyeva (- 42 kq) finalda məğlub olaraq gümüş medala sahib olublar.


Nihad Abbasov (45 kg), Bəhruz Quluzadə (48 kq) və Yaşar Məmmədli (51 kq) isə yarışı yarımfinal mərhələsində başa vuraraq bürünc medala layiq görülüblər.  

Müəllif: Natiq NƏSİROV